Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:31

Kalmık rejissor Bakıda tamaşa qoyacaq


Dövlət Gənc Tamaşaçılar Teatrı
Dövlət Gənc Tamaşaçılar Teatrı

-

Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir beynəlxalq layihə çərçivəsində yaradıcılıq mübadiləsinə start verəcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə,Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev görkəmli Azərbaycan yazıçısı Ə.Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» povesti əsasında «Cəhənnəmdən məktublar» tamaşasına quruluş vermək üçün bu günlərdə Bakıya səfər edəcək.

Xəbərdə deyilir ki, 3 ildən artıqdır ki, Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Rusiya Federasiyasının Kalmıkiya Respublikası Milli Dram Teatrı ilə sıx yaradıcılıq əlaqələri mövcuddur.

Teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən, 2012- 2014-cü illərdə qarşılıqlı qastrol səfərləri həyata keçirilib.

Ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Kalmıkiya Respublikasında yazıçı-dramaturq Əli Əmirlinin «Sevən qadın» əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.

«Xortdanın cəhənnəm məktubları» əsasında hazırlanacaq tamaşa musiqili pritça kimi nəzərdə tutulub.

Tamaşada əsas rolları Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov və teatrın gənc aktyorları ifa edəcəklər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG