Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

Avropa Birliyi Cənub Qaz Dəhlizi layihəsinə Türkmənistanın da qoşulmasını istəyir


Maros Sefcovic

Maros Sefcovic

Avropa Birliyi Türkmənistanın da Cənub Qaz Dəhlizi layihəsinə qoşulmasının mümkünlüyünü istisna eləmir.

Bunu Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı Azadlıq Radiosuna müsahibəsində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič deyib.

O qeyd edib ki Türkmənistan da, bu layihəyə qoşulmaqda maraqlıdır və artıq Türkmənistan hökumətinə rəsmi məktub da göndərilib.

Sefçoviç qeyd edib ki, Avropa Birliyi bunun üçün Azərbaycan və Türkmənistanla anlaşma memorandumu imzalamaq, Türkmənistan qazının Avropaya çıxarılmasında daha yaxşı əməkdaşlığın yollarını müzakirə eləmək fikrindədir.

Shevcoviç qeyd edib ki, hələlik yalnız diplomatik kanallarla əlaqə saxlanılır, amma çox yaxın vaxtlarda bununla bağlı siyasi müzakirələrə başlayacağıq.

Xəzər qazını Gürcüstan-Türkiyə, ordan isə Avropaya çıxaracaq şaxələnmiş layihənin təməlqoyma mərasimi ötən ilin sentyabrında keçirilib.

Uzunluğu 3 500 km-dən çoxvə 7 ölkədən keçən layihənin təxmini 45-50 milyard dollar civarındadır.

TAP, TANAP və Cənub Qafqaz Kəmərinin daxil olduğu Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan iştirak edirlər.

Maroš Šefčovič ilk Azərbaycan qazının artıq 2019-2020-ci illərdə Avropa bazarına çıxarılacağına əmin olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG