Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:45

Polis öldürülüb yandırıldı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Polis əməkdaşı tamahkarlıq məqsədilə qətlə yetirilib

Baş Prokurorluğun aprelin 20-də yaydığı məlumata görə, iki gün öncə İmişli rayon Polis Şöbəsinin (RPŞ) polisi Muxtar Kazımzadənin dəniz qırağında meyiti tapılıb.

Prokurorluq bildirir ki, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində tapılan yanmış cəsədin üzərində zorakılıq əlamətləri olub.

İstintaq iddia edir ki, Muxtar Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli RPŞ-də sürücü işləyən Ravil İbayev tərəfindən tamah niyyəti ilə qətlə yetirilib. «Sonuncu cinayətin izini itirmək məqsədilə onun meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb», - məlumatda deyilir.

Prokurorluq bəyan edir ki, Ravil İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti boynuna alıb.

İstintaq cinayətin törədilməsində digər şəxslərin iştirakının olub-olmamasını müəyyən etmək üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qətllə bağlı istintaq Xəzər rayon Prokurorluğunda aparılır.

XS
SM
MD
LG