Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:17

-

Finlandiyada müxalifətdə olan Mərkəz Partiyası parlament seçkisində qələbə qazanıb.

Bütün səslər sayılıb və Mərkəz Partiyası 200 yerlik parlamentdə 49 yerə yiyələnib.

Mühafizəkar baş nazir Alexander Stubb məğlubiyyətini etiraf edib.

İkinci yeri isə populist, immiqrasiya siyasətinə qarşı çıxan Finnlər Partiyası tutub, partiya 38 yer qazanıb. Partiya lideri Timo Soini avrozonanın zəifləyən üzvlərinə borc verməsinə qarşıdır və Yunanıstanın avrozonadan çıxarılmasını təbliğ edir.

Seçki kampaniyasında iqtisadi məsələlər üstünlük təşkil edib, işsizlik, bonusların kəsilməsi, milli borcun qalxmasıyla bağlı arqumentlər səsləndirilib. Ölkə üç ildir böhran içindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG