Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:20

AB xarici işlər nazirləri miqrant böhranını müzakirə edir


Miqrant qayığı, arxiv fotosu

Miqrant qayığı, arxiv fotosu

-

Aprelin 20-də Avropa Birliyinin xarici işlər nazirliyi qanunsuz miqrasiya böhranını müzakirə edəcək. Toplantı Luksemburqda keçirilir. Bu görüşdən bir gün öncə Aralıq dənizində miqrant gəmisi batıb, 700 miqrant həlak olub.

20 metr uzunluqda balıqçı qayığı Liviya sahilinin 100 kilometrliyində batıb.

Bu cür faciələri önləmək üçün AB-yə təzyiqlər artır. Fransa prezidenti Francois Hollande deyib ki, xilasetməni sürətləndirmək və faciəni önləmək işi üçün “daha çox qayıq, daha çox nəzarət uçuşları və insan alverinə qarşı daha gərgin mübarizə gərəkir”.

BMT-nin baş katibi Ban Ki-moon-un sözlərinə görə, son faciə “Aralıq dənizində daha güclü axtarışın və xilasetmə işinin artırılmasının vacibliyini” yada salır.

Bu ilin əvvəlindən Avropaya 35 min sığınacaq axtaran və miqrant gedib, 900-dən çoxu həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG