Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

Silahlılar əfqan polis məntəqəsinə hücum edib


Cəlalabadda baş verən hücumdan sonra

Cəlalabadda baş verən hücumdan sonra

-

Aprelin 19-da gecə silahlılar Əfqanıstanın cənubundakı Ləşkər Qar şəhərində polis məntəqəsinə hücum edib. Helmand vilayət polisinin rəhbəri bildirir ki, polis binanını mühasirəyə alıb, içəridə azı 2 silahlının olduğu güman edilir.

Helmand Talibanın güclü olduğu ərazidir.

Ölkənin şərqindəki Paktiya vilayətində isə azı 10 əfqan minatəmizləyən oğurlanıb. Yerli polis rəhbərinin sözlərinə görə, onlar özləri polis və ya əsgər qoruması istəməyiblər.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Bir gün öncə Cəlalabadda intiharçı özünü partladıb, azı 35 nəfər ölüb, 125 nəfər yaralanıb. Prezident Ashraf Ghani bu hücumu İslam Dövləti (İD) ekstremist qrupuna bağlayıb, ancaq informasiya mənbəyini açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG