Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32

Çin prezidenti Pakistana gedir


Pakistan preident Mamnoon Hussain (solda) çinli həmkarı Xi Jinping ilə görüşdə, fevral, 2014-cü il

Pakistan preident Mamnoon Hussain (solda) çinli həmkarı Xi Jinping ilə görüşdə, fevral, 2014-cü il

-

Aprelin 20-də Çin prezidenti Xi Jinping-in Pakistana səfəri başlayır. Məqsəd iqtisadi əlaqələri gücləndirməkdir. Xi dəyəri 46 milyard dollar olan infrastruktur və enerji layihəsinin açılışına qatılacaq.

Pekin və İslamabad Pakistan-Çin İqtisadi Dəhlizi yaratmaq istəyirlər. Bu dəhliz Pakistanın Ərəb dənizi sahilindəki cənubi Qvadar limanını Çinin qərbindəki Sincan vilayəti ilə birləşdirəcək. Dəhliz Pakistanın yoxsul Baluçistan vilayətindən keçəcək. Həmin ərazidə separatçı silahlılar, cinayətkar dəstələr və islamçı yaraqlılar üstünlük təşkil edir.

Baş nazir Nawaz Sharif-lə görüşdə Xi Əfqanıstanla Çini narahat edən bir məsələdə əməkdaşlığı da müzakirə edəcək. Bu iki ölkə Sincandakı müsəlman separatçıların Pakistan yaraqlıları ilə birləşməsindən qorxur.

Səfər ərəfəsində Xi iqtisadi əməkdaşlığı təhlükəsizliyə bağlayıb. “Təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün Çinlə Pakistan təhlükəsizlik problemlərinin həllini uzlaşdırmalıdırlar,” Xi Pakistan mediasına açıqlamasında deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG