Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:30

Səhv diaqnoz, yoxsa?..


Arxiv fotosu
Arxiv fotosu

-

"Qardaşım Namiqə Ağciyər Xəstəlikləri İnstitutunda səhv diaqnoz qoydular və indi ciyərləri dağılır".

AzadlıqRadiosunun "Qaynar xətt"inə danışan Natiq Kərimovun sözlərinə görə, qardaşı Namiq səhhətində yaranmış problemdən dolayı Ağ Ciyər Xəstəlikləri İnstiutunda yatıb. Lakin orada düzgün diaqnoz qoyulmadığından müalicəsi də səhv aparılıb:

"QARDAŞIMA BİR AY MÜDDƏT QOYUBLAR"

"Müalicədən sonra vəziyyəti ağırlaşdığından Namiqi Zığdakı 6 saylı Xüsusi Birləşmiş Xəstaxanaya göndərdilər. Orada isə daha ağır vəziyyətə düşdü. Müalicənin xərclərini özümüz çəkdik. Amma heç bir xeyri olmadı. 1 ildə vəziyyəti daha da ağırlaşıb".

Ağciyər Xəstəlikləri İnstitutundan məsələyə münasibət bildirilib:

"Səhv diaqnozdan söhbət gedə bilməz. O xəstə İnstituta gec müraciət etmişdi. Biz əlimizdən gələni etdik".

Qardaşı deyir ki, indi 30 yaşlı Namiqin təcili əməliyyata ehtiyacı var:

"Həkimlər onun üçün 1 ay vaxt qoyublar. Əgər əməliyyat olunmasa öləcək. Əməliyyatı Türkiyədəki Sureyya Paşa Egitim və Araşdırma Xəstəxanasında həyata keçirməlidirlər. Bunun üçün 100 min dollar tələb olunur. Lakin bizim bu qədər pulumuz yoxdur. Ona görə də, ictimaiyyətə, ölkənin imkanlı insanlarına üz tutaraq, onlardan yardım istəyirik".

Ağciyər Xəstəlikləri İnstitutundan bildirdilər ki, Namiq Kərimovun müalicəsini davam etdirə bilərlər. Ancaq bu müalicənin nə dərəcədə effekti olacağını demək çətindir.

XS
SM
MD
LG