Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:21

4 ildir təmirsiz qalan lift, əziyyət çəkən sakinlər...


Arxiv fotosu
Arxiv fotosu

-

"2011-ci ilin sonundan liftimiz işləmir. Lift idarəsinə dəfələrlə getdik, dedilər elektrik kabellərini siçovul yeyib, təzə xətt çəkdirin. Keçən ay özümüz 150 manat yığdıq, «Bakıelektirikşəbəkə»dən usta gətirib 50 manat da ona verib kabelləri təzələdik. Sonra lift idarəsindən gəlib lifti işə saldılar. 3 gün sonra isə gəlib liftin düymələrinə nə ediblərsə, qapı açılır, ancaq lift yuxarı qalxmır. Lift idarəsindən deyirlər ki, 2006-cı ildən 2010-cu ilə qədər borclarınız yığılıb, verməsəz açılmayacaq. Lifti özümüzə düzəltdirib qapısına qıfıl vururlar, sonra da işləməyən illərin haqqını istəyirlər".

AzadlıqRadiosunun "Qaynar xətt"inə bu şikayəti Bakının lap mərkəzində – Azadlıq prospekti, 151a ünvanda yaşayan İradə Səfərova deyir.

Bu bina 6 qatlı bina ötən əsrin yetmişinci illərində o zamankı Dövlət Təhlükəsizliyi Komitəsinin işçiləri üçün tikilib. Elə indi də binada yaşayanların çoxu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarıdır.

Ancaq bina artıq Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Şikayətçinin sözlərinə görə, yuxarı mərtəbələrdə yaşayanlar həddən artıq əziyyət çəkir:

«Mənim 73 yaşım var. 6-cı mərtəbədə yaşayıram. 6 mərtəbəni çıxana qədər əldən düşürəm. Lift idarəsinə gedirəm deyirlər ki, gedin 2011-2015-ci il üçün borclarınızı gətirin, bu dəqiqə açaq».

- Lift İdarəsində nə qədər borcunuz olduğunu deyirlər?

«150 manat. Qonşular da etiraz edir. Axı bu lift işləməyibsə, biz nəyin pulunu verməliyik? İşləyən aylar üçün blokda yaşayan 12 qonşudan heç birimizin borcu yoxdur. Əlimizdə qəbzimiz var».

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentindən bu məsələdə vətəndaşları özbaşınalıqda ittiham etdilər. Bildirdilər ki, bina sakinləri lifti düzəltmək üçün «Bakıelektrikşəbəkə»dən elektrik çağırmaqla böyük özbaşınalığa yol veriblər:

- Niyə onlar kənar şəxsin ora daxil olmasına imkan yaradıblar?

- Sakinlər deyir ki, liftin qapısını da, şaxtasını da sizin idarənin işçiləri açıb.

- Bütün hallarda sakinlər ora başqa qurumun əməkdaşını buraxmamalı idilər. Şikayətləri var, bizə bildirsinlər.

- Sakinlər deyir ki, 2011-ci ildən lift işləmir, ancaq onlardan pul tələb olunur. Bu məsələ necə nizamlanacaq?

- Biz bilmirik o lift nə vaxtdan işləmir. Ancaq borc varsa, mütləq ödənməlidir.

XS
SM
MD
LG