Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:37

-
Rusiya qaz boru xəttinə dair Yunanıstanla saziş imzalamağa yaxın olduğu barədə Almaniyanın “Der Spiegel” jurnalının yaydığı məlumatı təkzib edib.

Jurnalın Yunanıstanın rəhbər Syriza partiyasındakı mənbəyə istinadən yaydığı xəbərə görə, sözügedən saziş aprelin 21-də imzalanacaq. Saziş imzalanarsa, Yunanıstanın boşalmış dövlət büdcəsi 5 milyard avro əldə edə bilər.

Lakin Kremlin sözçüsü Dmitri Peskov xəbəri təkzib edib. Belə bir razılaşmanın olmadığını söyləyib. Bildirib ki, Yunanıstanın baş naziri Alexis Tsipras bu ayın əvvəlində Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşərkən ölkəsinə maliyyə yardımı göstərilməsini xahiş etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG