Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:01

2014-cü ildən 3 milyon iraqlı məcburi köçkün vəziyyətinə düşüb


İraqda qaçqın düşərgəsi

İraqda qaçqın düşərgəsi

-
İraqın qərbindəki Ənbar vilayətində hökumət qüvvələri ilə İŞİD döyüşçüləri arasında gedən döyüşlər səbəbindən 90 mindən çox adam yerindən-yurdundan didərgin düşüb.

Bu haqda BMT-nin İraqda humanitar məsələlər üzrə koordinatoru Lise Grande məlumat verib.

Grande deyib ki, vəziyyət olduqca dramatikdir. Yalnız təcili humanitar yardım insan həyatını qurtara bilər.

Hökumət qüvvələri və şiə hərbi birləşmələri tərəfindən Tikrit şəhərindən sıxışdırılıb çıxarılandan sonra İŞİD bütün gücünü Ənbar vilayətinə yönəldib.
Bu həftənin əvvəlində Ənbar rəsmiləri vilayətin mərkəzi Ramadinin İŞİD-in əlinə keçmək üzrə olduğunu bildirmişdilər.

2014-cü ildən bu yana 2.7 milyon iraqlı məcburi köçkün vəziyyətinə düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG