Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

Əkizləri dənizin ortasında dünyaya gətirdi


arxiv foto
arxiv foto

-
Türkiyənin Aydın şəhərindən Yunanıstanın Samos adasına keçərkən 33 yaşlı kamerunlu qadın rezin qayıqda əkiz oğlanlar dünyaya gətirib.

Ana və uşaqlar hərbi helikopter ilə Rodos şəhərindəki xəstəxanaya çatdırılıb, vəziyyətləri yaxşıdır.

33 yaşlı hamilə qadın 25 qaçaq ilə birlikdə rezin qayıqla Yunanıstana keçmək istəyirmiş. Elə əkizləri də rezin qayıqda dünyaya gətirib. Uşaqlar doğulandan sonra kamerunlu qaçaqlar telefonla sahildən kömək istəyiblər. Yunan gəmiləri onları tapıb, ana və uşaqları xəstəxanaya çatdırıb.

Yunanıstandakı internet saytları biri 1850, o biri 1800 qram olan uşaqların və ananın vəziyyətinin yaxşı olduğunu yazır.

XS
SM
MD
LG