Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:46

Noyabrın 5-dən Azərbaycanda əsl payız havası olacaq


Birinci ongünlüyün sonuna qədər qeyri-sabit hava şəraiti müşahidə olunacaq

Birinci ongünlüyün sonuna qədər qeyri-sabit hava şəraiti müşahidə olunacaq

Noyabrın 4-ə qədər davam edən anomal isti hava şəraitindən sonra noyabrın 5-də Azərbaycan ərazisindən soyuq atmosfer cəbhələrinin keçməsi ilə əlaqəli axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun rəhbəri Umayra Tağıyeva «Azadlıq» radiosuna bildirib ki, noyabrın 6-da havanın temperaturu indiki havaya nisbətən 7, 12 dərəcə aşağı olacaq. Birinci ongünlüyün sonuna qədər qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi rayonlarda, xüsusilə Böyük Qafqazın bəzi ərazilərində yağıntıların leysan xarakterli intensiv olacağı ehtimal olunur. Ölkənin yüksək dağlıq ərazilərində isə gecə saatlarında yağıntıların sulu qara keçəcəyi istisna olunmur.


Noyabrın 5-i axşam və 6-da şimal küləyinin sürəti saniyədə 18 -23, arabir 25-28, Abşeron yarımadasının bəzi ərazilərində və Kür vadisi rayonlarında arabir 30 metrə çatacaq. Gözlənilən yağıntılarla əlaqəli respublikanın çaylarında sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarında, xüsusilə Böyük Qafqazın dağ çaylarında qısa müddətli daşqınların olacağı istisna olunmur.


Həftə sonunadək müşahidə olunan isti hava şəraiti həssas və ürək xəstəliklərindən əziyyət çəkən adamlar üçün əlverişsizdir. Xüsusilə belə hava noyabrın 3-4-də müşahidə olunacaq. Noyabrın 5-dən xəzrinin müdaxiləsi ilə bağlı isə havada oksigenin miqdarı artacaq. Bu, ürək-damar xəstəliyi olan adamlara rahatlıq gətirəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG