Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:56

Britaniya mətbuatı yazır ki, keçmiş baş nazir Tony Blair Kolumbiyaya mədən sövdələşmələrindən qazanılmış 2 milyard funt sterlinqi “necə xərcləmək” barədə məsləhət verir.

Britaniya mətbuatı yazır ki, keçmiş baş nazir Tony Blair Kolumbiyaya mədən sövdələşmələrindən qazanılmış 2 milyard funt sterlinqi “necə xərcləmək” barədə məsləhət verir.

“The Daily Telegraph” yazır ki, Tony Blair öz biznesi ilə əlaqədar “maraqlar toqquşmasına” görə yenə də ittiham edilib.

Cənab Blair Kolumbiya hökumətinə milyonlarla dollar qazancı necə xərcləmək barədə məsləhətlər verir.

Qəzetin əldə etdiyi müqavilənin surətindən görünür ki, Kolumbiya hökuməti Blair-ə xidməti üçün pul ödəmir, lakin onun bu iş üçün haqqını neftlə zəngin ərəb ölkələrindən biri ödəyir.

Qəzet yazır ki, bu, cənab Blair-in Yaxın Şərq üzrə sülh elçisi kimi rolu ilə bir araya sığmır.

Bu da vurğulanır ki, Blair özünün diplomat vəzifəsindən varlı ərəb şeyxləri ilə dostlaşmaq üçün istifadə edib.

“The Daily Telegraph” məlumatlı mənbələrdən öyrənib ki, Tony Blair vəzifəsindən bu yaxınlarda istefa verəcək.

Bundan əvvəl Britaniyanın keçmiş baş naziri Azərbaycan və Qazaxıstan hökumətlərinə də müşavirlik etdiyinə görə ittiham olunurdu.

Blair-in “Azərbaycanın müşavirliyindən” getməsi barədə heç bir məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG