Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:43

Avstraliya polisi yeniyetmələrin terror aktı planlaşdırdıqlarını bəyan edir


Foto illüstrasiya

Foto illüstrasiya

-

Avstraliya polisi bildirir ki, «İslam Dövləti» ekstremist qruplaşmasından həvəslənən yeniyetmələr Melburnda genişmiqyaslı terror hücumu planlayıb.

Aprelin 18-də şəhərin cənub-şərqində keçirilən reydlər zamanı 18-19 yaşlı 5 nəfər saxlanılıb. Polis bildirir ki, şübhəlilər Melburnda gələn həftə keçiriləcək ANZAC Günü ilə bağlı mərasimə hücum planlaşdırıblar.

Avstraliya hökuməti «İslam Dövləti» ekstremist qruplaşmasının daxildəki tərəfdarlarından gələn təhlükəyə cavab olaraq ölkədə terror təhlükəsi səviyyəsini qaldırıb.

2014-cü ilin sentyabrında qruplaşmanın mətbuat katibi Abu Mohammad al-Adnani xaricdə, xüsusilə Avstraliyada hücumları artırmaq barədə xəbər yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG