Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

Təhsil Nazirliyi valideynlərə müraciət etdi


Təhsil Nazirliyi
Təhsil Nazirliyi

-

Təhsil Nazirliyi təhsil müəssisələrində Avropa Oyunları ərəfəsində pul yığılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Son günlər bununla bağlı sosial şəbəkələrdə və KİV-də məlumatlar dolaşır.

Nazirlik bununla bağlı valideynlərə müraciət edib. Müraciətdə deyilir ki, belə bir faktla qarşılaşacaqları halda dərhal nazirliyin 146 saylı «qaynar xətt»inə və hüquq-mühafizə orqanlarına məlumat versinlər.

Müraciətdə deyilir: «Bu cür hallar varsa, bu, tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir. Bu xoşagəlməz hal Avropa Oyunları adı altında edilirsə, bu, nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıqdır və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir».

XS
SM
MD
LG