Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:23

«Avropanın ikili standartlarının əsas səbəbi onun korrupsiyaya qurşanmasıdır»


 Musa Quliyev

Musa Quliyev

-

«Azərbaycan» qəzeti yazır: «Avropanın ikili standartlarının əsas səbəbi onun korrupsiyaya qurşanmasıdır».

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qəzetə bildirib ki, İdman və İnsan Haqları Alyansı adlı qurumun Avropa Olimpiya Komitəsinə müraciəti növbəti təzyiq mexanizmidir:

«Bunların apardıqları növbəti şər kampaniyasına nəzər salaq. İddia edirlər ki, guya Azərbaycanda korrupsiyaya qarşı mübarizə zəifdir. Amma diqqət etsək görərik ki, ölkəmizi bu məsələdə günahlandıran Avropanın əksər inkişaf etmiş ölkələrində çox acınacaqlı vəziyyət var».

Bunun təzə kampaniya olmadığını söyləyən deputat bildirib ki, antiazərbaycançı şəbəkəni narahat edən digər bir məqam Azərbaycanın Avropa Oyunlarından sonra dünyada artan nüfuzunu, yüksələn xətlə inkişaf edən əlaqələrini daha da şaxələndirəcəyidir.

Bu haqda danışan deputat İlham Məmmədovun fikrincə, Azərbaycan korrupsiya ilə mübarizədə ciddi islahatlar aparır: «Korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşan qurumların çevikliyi və peşəkarlığı bu sahədə uğurlu nəticələrin əldə olunmasını təmin edib. Son illərdə ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri təkmilləşdirilib, bu sahədə sistem xarakterli tədbirlər həyata keçirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib».

İ.Məmmədov onu da bildirdi ki, Azərbaycanı bu məsələdə günahlandıran ölkələrdəki korrupsiya halları isə heç bir hesabatlarda əksini tapmır.

HÖKUMƏT ƏHALİNİN ARTMASINDA MARAQLI DEYİL?

«Bizim yol» qəzeti yazır ki, müstəqillik illərində Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi olmadığından onların sayı kəskin şəkildə azalıb. Bəzi rəqəmləri sadalayan «Bizim yol» son illər 1 və 2 uşaqlı ailələrin sayının artdığını, 4 və daha çox uşaqlı ailələrin sayının azaldığını önə çəkir:

Foto illüstrasiya

Foto illüstrasiya

«Ekspertlər deyirlər ki, bu tendensiya davam edərsə, növbəti əhalinin siyahıyaalınmasında fərq bir qədər də dərinləşəcək».

Qəzet bir çox Avropa ölkələrində çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verildiyini, Azərbaycanda belə imtiyazların olmadığını bildirir.

«Azərbaycanda 5-dən çox uşağı olan analara müavinətlərin verilməsini nəzərdə tutan «Sosial müavinətlər haqqında» qanun layihəsinin qəbulu gözlənilsə də, Milli Məclis bu yaxınlarda sənədi plenar iclasda müzakirəyə çıxarmaqdan imtina etdi. Buna əsas səbəb kimi isə hazırda ölkədə çoxuşaqlı ailələrin sayının az olması göstərilir».

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, son illərdəAzərbaycanda çoxuşaqlı ailələrin müdafiəsi sahəsində ciddi işlər görülməyib: «Region dövlətlərinə baxdığımız zaman bizdə 2-ci və ya 3-cü uşağa verilən müavinətlərin sayı çox aşağı səviyyədədir. Rusiyada 2-ci uşağa bu gün 250 min rubl civarında «analıq kapitalı» adlı dövlət tərəfindən vəsait verilir. Valideynlər bu kapitaldan ev alarkən ipoteka kimi istifadə edə bilərlər. Və ya övladlarının təhsil haqlarını ödəyə bilərlər».

Qəzet sonda BMT-nin İqtisadi və Sosial Əlaqələr Departamentinin hesabatından sitat gətirir. Hesabata görə, Azərbaycanda əhalinin sayının 2050-ci ildə 10 milyon 942 min, 2100-cu ildə isə 10 milyon 324 min nəfər olacağı proqnozlaşdırılır. «BMT-nin rəqəmləri dövlət qurumlarından fərqli olaraq, Azərbaycanda əhalinin sayının azalacağını göstərir» - qəzet yazır.

Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev

AZƏRBAYCAN BÖHRANDAN ÇIXA BİLƏRMİ?

«Azadlıq» qəzeti yazır ki, iqtisadçılar belə bir proqnoz verməyə çətinlik çəksələr də, neft qiymətlərində artım müşahidə edilməsə, hazırkı böhranın davamlı olaraq qalacağını bildirirlər.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib ki, eyni problemlə üzləşən Rusiya ilə müqayisədə Azərbaycanın mövcud böhrandan çıxma imkanı daha yüksəkdir:

«Azərbaycanın yatmış iqtisadi potensialı yüksək qiymətləndirilir. Düzdür, iqtisadiyyatda əmək məhsuldarlığı əhalinin pul gəlirlərindən üstün olmalı olduğu halda hazırda bu, əksinədir. Bu da o deməkdir ki, Azərbaycan iqtisadiyyatının effektivlik səviyyəsi aşağıdır.

O ki qaldı mövcud böhrandan nə zaman çıxa biləcəyimizə, bunu proqnozlaşdırmaq çətin məsələdir. Bu, əsasən hökumətin qeyri-neft sektorunun inkişafına nə dərəcədə ciddi yanaşacağından asılı olacaq. Və ən vacibi, hər zaman dediyimiz kimi, struktur islahatları aparılmalıdır. İdarəetmə strukturlarında qısa zamanda islahatlara başlanarsa, böhrandan çıxış imkanları artar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG