Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:52

Əmlak bazarında qiymətlər manatla qalxıb, dollarla düşüb


Foto illüstrasiya

Foto illüstrasiya

-

2015-ci ilin I rübündə Bakının daşınmaz əmlak bazarında qiymətlər dollarla ifadədə 17.92 faiz düşüb, manatla ifadədə isə 9.87 faiz artıb.

Bunu Trend-ə «MBA Group» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

N.İbrahimov qeyd edib ki, martda mənzil bazarında aktivlik artıb: «Əhali vəsaitlərini daşınmaz əmlaka yatırmağa başlayıb. Məqsəd vəsaitləri gözlənilən inflyasiyadan qorumaqdır. Bakıda mənzilin qiyməti bundan sonra da artacaq, lakin ilin sonuna qiymətin azalmasını gözləmək olar».

Daşınmaz əmlakın kirayəsinə gəlincə, ekspert bildirib ki, sözügedən bazar az-çox sabit qalır: «Manatlamənzil kirayəsi təqribən 5 faiz artıb, dollarla isə 21.53 faiz aşağı düşüb. Kommersiya obyektlərinin kirayə qiymətisə manatda da 11.36 faiz artıb, dollarda isə 16.81 faiz enib».

N.İbarhimov əlavə edib ki, kirayə bazarında fəallıq çox aşağıdır: «Ötən ilin eyni dövrü ilə müqayisədə kommersiya obyektlərinin kirayə bazarında aktivlik25 faiz, mənzil kirayəsi bazarında isə təqribən 4 faiz azalıb».

Baş direktorun dediyinə görə, kommersiya obyektləri bazarında fəallıq da aşağı düşüb, qiymətlər isə manatda 13.56 faiz artıb, dollarda 15.17 faiz azalıb.

Bununla belə, torpaq bazarında vəziyyət tamamilə əksinədir. O, qeyd edib ki, ötən ilin sonu və cari ilin əvvəlində torpaq bazarında fəallıq olub. Ötən ilin bu dövrü ilə müqayisədə 2015-ci ilin I rübünün yekunu üzrə fəallıq 1.8 faiz artıb: «Tezliklə bu bazar üçün mövsümi aylar başlayır. Buna görə də gələcəkdə qiymətin və fəallığın artmasını gözləyəcəyik. Hazırda qiymətlər manatda 5.9 faiz artıb, dollarda isə 20.88 faiz azalıb».

XS
SM
MD
LG