Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:49

-

“Biz öz narazılığımızı Azərbaycana açıq şəkildə bildirmişik. Biz bu məsələni əvvəllər də qaldırmışıq,” ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Marie Harf vətəndaş cəmiyyəti fəalı Rəsul Cəfərova oxunan məhkəmə hökmünə münasibət bildirərkən belə deyib. Xəbəri “Amerikanın Səsi” radiosu yayıb.

Daha sonra o, Azərbaycanın rəsmi dövlət qəzeti “Azərbaycan” qəzetində ABŞ Prezidenti Barak Obama və Dövlət Katibi John Kerry-ni hədəf alan redaksiya məqaləsi ilə bağlı sualı cavablandırıb. Məqaləni oxumadığını deyən xanım Harf bildirib:

“Biz insan haqları ilə bağlı narahatlıqlarımızdan danışanda mövqeyimiz çox aydın olur. Buna görə bizi günahlandırmaq cəhdləri, yaxud ABŞ-a qarşı irəli sürülən ittihamlar onların diqqəti öz situasiyalarından yayındırmaq cəhdidir. Biz bu situasiyadan çox narahat olmuşuq. Biz insan haqları ilə bağlı situasiya haqda razılaşmayanda, bunu aydın edirik.”

Bir gün öncə, cümə axşamı keçirilən birinfqdə ABŞ Dövlət Departamenti Rəsul Cəfərova 6 il 6 ay iş verilməsi ilə bağlı bəyanatla çıxış etmişdi.

“Biz tanınmış insan haqları fəalı Rəsul Cəfərova əsasən siyasi motivli sayılan ittihamlarla altı il yarım həbs cəzası verilməsindən dərin narahatlıq hissi keçiririk. İnsan Haqları Klubunun təsisçisi və sədri olan Cəfərovun ötən ilin avqustunda həbsi insan haqları fəallarına geniş təzyiqlərin bir hissəsi idi. Onun məhkum edilməsi Azərbaycanda demokratik inkişafda bir daha geriləməni göstərir. Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə əməl etməyə, vətəndaşlarının hüquqlarına hörmət göstərməyə çağırırıq. İlk addım kimi cənab Cəfərovu və fundamental azadlıqlarından istifadəyə görə həbsə atılmış digərlərini buraxmağa çağırırıq. Bu, ölkənin uzun müddətli sabitliyini və ikitərəfli münasibətimizi gücləndirər,” deyə Marie Harf bildirmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ABŞ Dövlət Departamentinin bu açıqlaması yalnız təəccüb doğurur.

Azərbaycanda qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub. Azərbaycanda heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Azərbaycan tərəfindən beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərə tam şəkildə əməl edilir.

Rəsul Cəfərov vergidən yayınma, mənimsəmə və digər qanuna zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub. Oxşar ittihamlarla çox sayda hüquq müdafiəçisi və müxalif fikirli insanlar həbs olunublar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG