Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:53

Reuters agentliyi xəbər verir ki, cümə günü Qazaxıstan və Türkiyə prezidentləri Nursultan Nazarbayev və Recep Tayyip Erdoğan Qazax-Türk Universitetinə və Qazaxıstan Xanlığı Muzeyinə baş çəkiblər.

Reuters agentliyi xəbər verir ki, cümə günü Qazaxıstan və Türkiyə prezidentləri Nursultan Nazarbayev və Recep Tayyip Erdoğan Qazax-Türk Universitetinə və Qazaxıstan Xanlığı Muzeyinə baş çəkiblər.

“Avrasiyanın iki nəhəng ölkəsi olan Türkiyə və Qazaxıstan müdafiə, nəqliyyat və energetika sahəsində böyük əməkdaşlıq potensialına malikdirlər” – deyib Erdoğan.

Qazaxıstan lideri isə vurğulayıb ki, ölkəsindəki Türkiyə tikinti şirkətləri buradakı işlərə 20 milyard dollar vəsait qoyublar.

Nazarbayev deyib ki, ortaq nəqliyyat layihələri Türkiyəyə Uzaq Şərqin, Qazaxıstanın isə Yaxın Şərq və Avropa regionlarının bazarlarına çıxış verə bilər.

Erdoğan qədim “İpək yolu”nun dirçəldilməsinə ümidlər bağladığını yada salıb.

Söhbət ilk növbədə “İpək yolu” boyunca dəmir yolunun çəkilişindən gedir. Belə bir polad magistral Türkiyəni Uzaq Şərqə bağlayardı.

O Türkiyənin Qazaxıstanla bağlı investisiyalarının 2 milyard dollar civarında olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG