Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:33

Saddamın “sağ əli” Izzat Ibrahim al-Douri İraqda “öldürülüb”

Ezzat Ibrahim al-Douri

Ezzat Ibrahim al-Douri

72 yaşlı Douri Nəqşbəndi Ordeni adlı qiyamçı qruplaşmaya başçılıq edirdi və İslam Dövləti təşkilatının yüksəlişinin arxasında duran əsas fiqurlardan sayılırdı.

İraqın keçmiş lideri Saddam Hussein-nin “sağ əli” hesab olunan qaçaq hərbçi Izzat Ibrahim al-Douri-nin öldürülməsi faktı Bağdad hökuməti tərəfindən təsdiq edilib.

Rəsmilər bildiriblər ki, o, ölkənin şimalındakı Salahuddin əyalətində gedən döyüşlərdə həlak olub. Al-Douri-nin adamları bunu inkar edirlər.

O, 2006-cı ildə edam edilmiş Saddam-ın müavini idi.

Douri-nin öldürülməsi barədə əvvəllər də xəbərlər yayılıb, lakin bu dəfə əl-Ərəbiyya telekanalı onun cəsədini göstərdiyini iddia edib.

Salahuddin qubernatoru Raed al-Jabouri isə deyib ki, Douri Tikrit şəhərinin şərqində şiə döyüşçüləri və hökumət qoşunlarının birgə hücumu zamanı öldürülüb.Saddamın “sağ əli” Izzat Ibrahim al-Douri İraqda “öldürülüb”

İraqın keçmiş lideri Saddam Hussein-nin “sağ əli” hesab olunan qaçaq hərbçi Izzat Ibrahim al-Douri-nin öldürülməsi faktı Bağdad hökuməti tərəfindən təsdiq edilib.

Rəsmilər bildiriblər ki, o, ölkənin şimalındakı Salahuddin əyalətində gedən döyüşlərdə həlak olub. Al-Douri-nin adamları bunu inkar edirlər.

72 yaşlı Douri Nəqşbəndi Ordeni adlı qiyamçı qruplaşmaya başçılıq edirdi və İslam Dövləti təşkilatının yüksəlişinin arxasında duran əsas fiqurlardan sayılırdı.

O, 2006-cı ildə edam edilmiş Saddam-ın müavini idi.

Douri-nin öldürülməsi barədə əvvəllər də xəbərlər yayılıb, lakin bu dəfə əl-Ərəbiyya telekanalı onun cəsədini göstərdiyini iddia edib.

Salahuddin qubernatoru Raed al-Jabouri isə deyib ki, Douri Tikrit şəhərinin şərqində şiə döyüşçüləri və hökumət qoşunlarının birgə hücumu zamanı öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG