Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:52

Bu ilin birinci rübündə Azərbaycanda mənzillər orta hesabla 10% bahalaşıb.

Turanın məlumatına görə, bu fevralın 21-dən manatın məzənnəsinin kəskin düşməsi ilə bağlıdır. Bundan sonra daşınmaz əmlak bazarında qiymət artımı gözlənilir.

Dövlət Statıstika Komitəsinin hesablamalaına görə, ilkin mənzil bazarında qiymətlər illik hesablamada 12,7%, təkrar mənzil bazarında isə 10% artıb. Birinci rübdə yeni mənzillər 4,8%, köhnə mənzillər isə 3,5% baha qiymətə təklif olunub.

Ekspertlər hesab edirlər ki, daşınmaz əmlak bazarının reaksiyası təbiidir. Eyni zamanda onların fikrincə, əgər milli valyuta düşməkdə davam eləsə əhalinin gəlirləri azalacaq, bu da daşınmaz əmlak bazarında fəallığa təsir göstərəcək ki, bununla da qiymətlər yenidən enməyə başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG