Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:13

Müsavat etiraz yürüşü ilə bağlı rəsmi cavab istəyir


Müsavat
Müsavat

-

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının aprelin 19-na təyin etdiyi etiraz yürüşünə icazə ilə bağlı rəsmi cavab verməyəcək.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı AzadlıqRadiosuna belə deyib.

Gülağa Aslanlın dediyinə görə, bu barədə onlara Bakı şəhər İcra Hakimiyyətinin qəbul şöbəsindən bildiriblər:

«Bizə dedilər ki, BŞİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov etiraz yürüşü ilə bağlı fikirlərini mətbuatda səsləndirib. Bildirdilər ki, bununla bağlı rəsmi məktub verilməyəcək».

Gülağa Aslanlı deyir ki, aprelin 14-də Zaur Ramazanov yürüşün təşkilatçılarından olan Razim Əmiraslanlı ilə görüşüb və ona yürüşün nə üçün məqsədəuyğun hesab edilmədiyi barədə məlumat verib.

Gülağa Aslanlı onu da bildirdi ki, partiya aprelin 20-də divanın iclasını keçirəcək və yürüşlə bağlı qərar qəbul edəcək.

Müsavat Partiyası aprelin 19-na etiraz yürüşü keçirmək niyyəti ilə BŞİH-ə müraciət ünvanlamışdı. Müsavatçılar metronun «20 Yanvar» stansiyasının qarşısından Yasamal rayonundakı keçmiş «Məhsul» stadionuna yürüş etmək istəyirdilər.

XS
SM
MD
LG