Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52

BMT Ukraynanın şərqində vəziyyətin pisləşməsindən narahatdırlar


Foto arxiv

Foto arxiv

BMT-nin nümayəndələri atəşkəsin öozulması nəticəsində Ukraynanın şərqində insan haqları sahəsində vəziyyətin pisləşməsindən narahatdırlar.

BMT-nin insan haqları üzrə ali komissarının sözçüsü Ravina Shamdasani aprelin 17-də bildirib ki, hərbi əməliyyatların artdığı müşahidə olunur, xüsusilə də Donetsk hava limanı və Şirokine kəndi yaxınlığında.

Onun sözlərinə görə atışmalarda minaatanlar,tank və artileriya qurğularından da istifadə olunur.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Bu ilin fevralında Minskdə tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasından sonra hərbi əməliyyatlar dayandırılsa da, atəşkəs rejiminin vaxtaşırı pozulduğu müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG