Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:55

Qanunsuz tikinti aparan şirkət cəzalandı, icra başçısı da töhmət aldı


Foto illüstrasiya
Foto illüstrasiya

-

İcazə sənədi almadan tikinti aparan və gölün bir hissəsini zəbt edib dolduran «Lake Residence» MMC-nin rəhbərliyinin qanunsuz əməllərinin araşdırılması və müvafiq tədbirlər görülməsi barədə göstərişlər verilib.

Araşdırmanı Bakı şəhər İcra Hakimiyyəti prezidentin müvafiq tapşırığına əsasən həyata keçirib.

Məlumatı Trend yayıb.

«Lake Residence» MMC tikinti işlərini Yasamal rayonu, 593-cü məhəllə, Genaral Akim Abbasov küçəsi, 25 ünvanında aparıb. Tikinti zamanı həmin ərazidə gölün bir hissəsi tikinti qırıntıları ilə doldurulub.

Bakı şəhər İcra Hakimiyyəti «Lake Residence» MMC-nin rəhbərliyinə xəbərdarlıq edib, tikinti işlərini ləğv etməyi, gölün doldurulmuş hissəsini təmizləməyi və öz vəsaiti hesabına ərazidə abadlaşdırma işləri həyata keçirməyi tapşırıb.

İcazə sənədi olmadan tikinti işlərinin qarşısını vaxtında almayan Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə töhmət verilib.

XS
SM
MD
LG