Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:36

Vatikana uçan Serbiya prezidenti təyyarədəki nasazlığa görə geri dönməli olub


Tomislav Nikolic

Tomislav Nikolic

Serbiya prezidenti Tomislav Nikolic aprelin 17-də Vatikana səfərini təxirə salmalı olub.

Prezidentin təyyarəsi havaya qalxdıqdan sonra mühərrikdə nasazlıq yaranıb və təyyarə Belqrada dönməli olub.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, uçuş vaxtı mühərriklərdən birində texniki problem yaranıb, amma təyyarə Belqrad hava limanına uğurlu eniş edə bilib.

1981-ci ildən istismarda olan “Dassault Falcon 50” təyyarəsinin əvvəllər də bu cür problemləri olub.

Nikolic buna görə Vatikana üzürhaqlıq məktubu göndərib və mümkün qədər tez Vatikana səfər edəcəyini bildirib.

7 milyonluq Serbiya əhalisinin əksəriyyəti pravoslav xristianlarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG