Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:01

Mübariz Qurbanlı: «Qəbiristanlıqda yalnız ər və arvad üçün istisnalar olacaq»


Foto illüstrasiya

Foto illüstrasiya

-

«Yas mərasimləri ilə bağlı VIP-çadırlar məsələsinə qarışa bilmərik, çünki buna başqa qurum baxır. Ancaq məzarlıqlarla bağlı qanun layihəsi hazırlanıb, hazırda Nazirlər Kabinetində baxılır».

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O, aprelin 17-də Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi «Milli-mənəvi və dini dəyərlər: Tarixlik, müasirlik» mövzusunda KİV rəhbərləri ilə görüşdə çıxış edib.

Məlumatı apa yayıb.

M.Qurbanlı bildirib ki, qanun layihəsində qəbirlərin ölçüsü, məzarlıqlarla bağlı qaydalar əksini tapıb:

«Layihədə təklif edilir ki, qəbirlər adi daşdan, hündürlüyü 50 sm, sinəüstü daş 60 sm olsun. Qəbirlərin ara məsafələri də müəyyənləşdirilib. Layihədə pullu məzarlıqlar məsələsi yoxdur. Qəbirlər sıralanacaq, yalnız ər və arvad üçün istisnalar olacaq, yəni ərin məzarının yanında arvadın, arvadın məzarının yanında ər üçün yer saxlanıla bilər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG