Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:48

Monitorinqin nəticəsi: Ölkədə «quş qripi» təhlükəsi yoxdur


Foto illüstrasiya

Foto illüstrasiya

-

««Quş qripi»nə görə aparılan müayinələr zamanı nümunələrdə xəstəlik daşıyıcısı aşkar edilməyib».

Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, aprelin 6-dan başlanan yoxlamalar zamanı seçmə üsulla ovlanaraq götürülən 29 baş çöl quşunun, 5 baş ev quşunun patoloji materialları və ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1988 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Müayinə olunmuş nümunələrin heç birində «quş qripi» xəstəliyinin törədicisi müəyyən edilməyib.

Qeyd olunur ki, «quş qripi» xəstəliyinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını nəzərə alan Dövlət Baytarlıq Nəzarəti Xidməti monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin mayın 4-də başlanması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG