Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:53

Azərbaycanın keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov APA-ya deyib ki, Mərkəzi Bankın manatın devalvasiyasına getməsi fevralın 16-da Bakıda valyuta bazarında bir gündə 500 milyon dollar alınması ilə yaranan ajiotajla bağlı idi və Fikrət Yusifov istisna etmir ki, bu qədər valyuta alınması təxribat idi: "Bir gündə 500 milyon dollar alındığını düşünülmüş təxribat kimi dəyərləndirsək, yəqin ki, yanılmarıq. Sanki hansısa qüvvələr insanları kütləvi şəkildə valyuta mübadiləsi məntəqələrinə istiqamətləndirib bir günə 500 milyonluq təxribat həyata keçirdilər. Hər halda həmin günlər müşahidə etdiyimiz hadisələr belə bir qənaətə gəlmək üçün kifayət qədər ciddi əsaslar yaradır. Bu gün bizim müstəqilliyimiz, iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməyimiz və bu fonda heç kimin təsirinə düşmədən regionda balanslaşdırılmış müstəqil siyasət aparmağımız çoxlarının xoşuna gəlmir. Nə üçün heç kəs Mərkəzi Bankın məcburi qaydada kəskin devalvasiyaya getməsinin bizi istəməyən qüvvələrin təxribatı ola biləcəyini ehtimal kimi səsləndirmədi? Həmin günlərdə prosesin kənardan idarə olunduğunu düşünənlərlə haradasa razılaşmaq da olar."

XS
SM
MD
LG