Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:11

Rusiya ABŞ-ın Ukraynaya desant qüvvələri göndərməsini pisləyib


Dmitry Peskov

Dmitry Peskov

Rusiya ABŞ-ın Ukraynaya desant qüvvələri göndərməsini pisləyib.

Kremlin sözçüsü Vladimir Peskov bildirib ki, bu ölkənin şərqindəki vəziyyəti daha da pisləşdirə bilər.

ABŞ aprelin 16-da Ukraynanın qərbinə 300-dək desant göndərildiyini bəyan edib.

Onlar Ukrayna Milli Qvardiyasına təlim keçməklə məşğul olacaqlar.

İlkin olaraq 2014-cü ildə səfərbərliyə çağrılmış 900 nəfərə təlim keçiriləcək.

Amerikalı mayor Jose Mendez bildirib ki, təlimlərdə əsasən hərbi döyüş funksiyaları və hərbi heyətlərin peşəkarlığının artırılması məşq ediləcək.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Bu ilin fevralında Minskdə tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasından sonra hərbi əməliyyatlar dayandırılsa da, atəşkəs rejiminin vaxtaşırı pozulduğu müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG