Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

XİN: «ABŞ Dövlət Departamentinin açıqlaması təəccüb doğurur»


Hikmət Hacıyev

Hikmət Hacıyev

-

«ABŞ Dövlət Departamentinin bu açıqlaması yalnız təəccüb doğurur».

ABŞ Dövlət Departamentinin hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı bəyanatına cavabında Azərbaycan Xarici İşlər Nazirliyi belə deyir.

ABŞ Dövlət Departamentinin aprelin 16-da Azərbaycanla bağlı açıqlamasını XİN-in sözçüsü Hikmət Hacıyev şərh edib.

Bildirib ki, Azərbaycanda qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub:

«Azərbaycanda heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Azərbaycan Respublikası tərəfindən beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərə tam şəkildə əməl edilir.

Rəsul Cəfərov vergidən yayınma, mənimsəmə və digər qanuna zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub və onun bu əməlləri məhkəmə qaydasında sübuta yetirilib.

Qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir».

«ABŞ İLK NÖVBƏDƏ....»

Açıqlamada o da qeyd olunur ki, ABŞ Dövlət Departamentinin qanunun aliliyindən kənar bu bəyanatı Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi daşıyır:

«Beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə çağırış edən ABŞ ilk növbədə beynəlxalq hüququn norma və prinsipləri, BMT nizamnaməsi və Helsinki Yekun Aktına zidd şəkildə Azərbaycanın ərazilərini işğal edən Ermənistandan öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini və işğal edilmiş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasını tələb etməlidir. İşğal və təcavüz siyasətinin davamı kimi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yenə də təxribatçı hərbi təlimlər keçirilir və ABŞ tərəfindən heç bir münasibət bildirilmir.

İnsan hüquqlarının müdafiəsi altında fərdi cinayət hallarına belə maraq göstərən ABŞ-ın Ermənistanın təcavüz və işğalı nəticəsində fundamental hüquq və azadlıqlarından məhrum olan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə də lazımı diqqət ayırması daha təqdirəlayiq olardı».

Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Marie Harf aprelin 16-da bildirib ki, ABŞ hökuməti insan haqları fəalı Rəsul Cəfərova əsasən siyasi motivli sayılan ittihamlarla altı il yarım həbs cəzası verilməsindən narahatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG