Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:35

Almaniya Alp təyyarə qəzasını anır


Fransada qəza qurbanlarının anım mərasimi (arxiv fotosu)

Fransada qəza qurbanlarının anım mərasimi (arxiv fotosu)

-

Aprelin 17-də Almaniyada ötən ay Fransada Alp dağlarındakı təyyarə qəzası qurbanları üçün anım mərasimi keçiriləcək.

Bayraqlar endiriləcək. Siyasi və dini liderlər Köln Kilsəsində mərasimə qatılacaqlar.

Tədbirdə Almaniyanın kansleri Angela Merkel və Prezident Joachim Gauck, eləcə də İspaniyanın daxili işlər, Fransanın nəqliyyat naziri, Lufthansa şirkətinin rəhbəri iştirak edəcək.

Martın 24-də Barselonadan Dusseldorfa uçan Airbus 320 qəzaya uğrayıb, içində 150 nəfər həlak olub.

İkinci pilot Andreas Lubitz-in təyyarəni qəsdən dağa çırpdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG