Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:27

İranda müəllimlər maaş etirazına çıxdılar


İranda etiraz aksiyasından foto

İranda etiraz aksiyasından foto

-

İranda minlərlə müəllim daha yüksək maaş tələbi ilə dinc aksiyalara başlayıb.

İranın yarı-rəsmi ILNA xəbər agentliyinin məlumatına görə, dinc etirazlar paytaxt Tehran da daxil olmaqla 20-dən çox şəhərdə baş tutub.

Etirazlar daha çox Təhsil Nazirliyinin binaları qarşısında keçirilib.

Aksiyalardan olan fotolarda müəllimlər daha yüksək maaş tələb edən şüarlar tutub, oxşar etirazlarda saxlanan həmkarlarının buraxılmasına çağırıb.

Son bir neçə ayda iranlı müəllimlər maaş azlığı və qeyri-qənaətbəxş həyat şəraitinə qarşı bir neçə yürüş keçiriblər.

Fevralda 6 min imzadan ibarət petisiya İran parlamentinin spikeri Ali Larijani-yə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG