Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:02

«Mənim cibimdə neft pulları yoxdur»


Həmməruzəçilər Toni Lloyd [solda] və Andreas Herkelin mətbuat konfransı, 2 noyabr 2006
Həmməruzəçilər Toni Lloyd [solda] və Andreas Herkelin mətbuat konfransı, 2 noyabr 2006

«Avropa üçün Azərbaycanda qanunun aliliyinin bərpası müstəsna əhəmiyyət kəsb edir». Azərbaycana ilk dəfə səfər edən Avropa Şurası Parlament Assambleyasının [AŞPA] həmməruzəçisi Toni Lloydun noyabrın 2-də keçirdiyi mətbuat konfransında ilk sözü bu oldu. O, həmçinin Bakının mərkəzində kütləvi aksiyaların keçirilməsinə razılıq verməyən şəhər hakimiyyətinin gətirdiyi səbəblərin də məntiqli olmadığını söylədi:


«Hökumət problemlərlə məşğuldur deyə, mitinqlərin keçirilməsinə icazə verilməməsi hesab edirəm ki, axmaq və gülünc bəhanədir».


Həmməruzəçinin sözlərinə görə, vətəndaşların fikirlərini ifadə etməsinə heç bir məhdudiyyət qoyulmamalıdır.



«Hökumət problemlərlə məşğuldur deyə, mitinqlərin keçirilməsinə icazə verilməməsi hesab edirəm ki, axmaq və gülünc bəhanədir»
Azərbaycanın məhkəmə sistemində korrupsiya və kənardan müdaxilə halları olduğunu bildirən cənab Lloyd belə zəif institutun qərarlarının beynəlxalq aləmdə etimad doğurmadığını da söylədi. Onun fikrincə, bu halda Azərbaycan vətəndaşları üçün Avropa İnsan Haqları Məhkəməsi ən ədalətli instansiyadır.

Cənab Lloyd Avropanın Azərbaycanda sabit demokratiya tərəfdarı olduğunu bildirdi. O, hesab edir ki, bu cür demokratiyanın həm Azərbaycana faydası var, həm də bu halda Azərbaycan Orta Asiya üçün yaxşı nümunə ola bilər.



Jurnalistlərin «Andreas Qrossun yerinə britaniyalı deputat təyin olunarkən demokratiya neft pullarına qurban getdi deyə düşünənlər vardı, Siz nə düşünürsüz» sualına isə Toni Lloydun cavabı belə oldu: «Mənim cibimdə neft pulları yoxdur. Baxa bilərsiniz. Mən Azərbaycana varlanmağa gəlməmişəm».


Digər həmməruzəçi Andres Herkel orduda və polisdə işgəncə halları haqda məlumatları olduğunu və faktların Azərbaycanla bağlı hazırlayacaqları hesabata daxil ediləcəyini bildirdi. O, həmçinin ölkədə söz azadlığının pisləşdiyini də qeyd etdi.


Cənab Herkel sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə görüşə cəhd etsə də, buna icazə verilmədiyini, bunun da səbəbini başa düşmədiyini söylədi. O, Azərbaycanda həbs olunan sabiq məmurların yaxınları və qohumlarının da həbsə alınması, əmlakının müsadirə olunması kimi ənənənin formalaşmasından narahat olduğunu bildirdi:


«Başa düşmürəm, bu ənənə niyə dəflərlə təkrarlanır?... Amma bununla belə, gəlin, sabiq məmurlarla bağlı istintaqın başa çatmasını gözləyək».


Həmməruzəçilər Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi haqda hesabat hazırlayacaq. Bu məqsədlə onlar hökumət təmsilçiləri, o cümlədən prezident və hüquq müdafiəçiləri, media əməkdaşları, müxalifət liderləri ilə görüşlər keçiriblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG