Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:24

-

Yoldaş Kərimov, sən nə haqda danışırsan?

Aprelin 10-da andiçmə mərasimindəki çıxışı Özbəkistan prezidentinin səhhəti ilə bağlı suallar doğurub.

Azadlıq Radiosunun özbək xidməti 77 yaşlı prezidentin çıxışının yazılı mətni ilə şifahi variantını müqayisə edib.

1295 sözlük yazılı çıxış şifahi variantda az qala iki dəfə uzun alınıb.

Çıxışın bəzi yerlərində söhbətin nədən getdiyi çətin anlaşılır:

"Biz heç vaxt lovğalanmırıq. bizim ÜDM-miz 8 faiz artıb. Bundan ötrü hazırlıqlar görülmüşdü. Hər gün hazırlıq gedirdi. Müstəqil olandan bəri biz planlar cızırıq.

Bizim beş prinsipimiz var, biz heç zaman, heç yerdə, istər böyük tribina olsun, istər kiçik, heç vaxt özümüzü göstərmirik.

Əgər lazım olarsa, mən yenə də deyəcəm, lovğalanmaq lovğalanmaqdır., kim lovğalanırsa, lovğalanmaq bir ölkəyə aiddir, hansının ki adı var və biz o yolla getmirik".

Əlbəttə, bu cümlələrdə axtarsan nəsə məntiq tapa bilərsən, amma fikirlər çox dolaşıqdır. Hansı 5 prinsip?

Parlamentə müraciət edərkən Kərimov deyib:

"Bu gün mən sizinlə görüşürəm və səbəbini soruşsanız, əvvəlcə onu deyim ki, siz tərəfdaşa çevrilmisiniz və əgər lazım olarsa çox ayıdn şəkildə, əgər prezident sirləri açırsa, siz də o sirlərdən agah olursunuzsa, siz mənə daha da yaxın olursunuz".

Özbəkistan parlamenti

Özbəkistan parlamenti

Yenə də hansı sirlərin açılmasından söhbət getdiyi bilinmir.

Amma prezident hər dəfə bu dolaşıq cümlələrini bitiriəndə deputatlar onu alqışlayıblar. Gurultulu alqışlarla.

Kərimov Özbəkistanın gələcəyi haqda da danışıb.

"Əgər deyiriksə ki, gələcəyi gələcək nəsillər müəyyən edir, onda heç zaman dalda qalmayacağıq".

İndi gəl anla ki, prezident bununla nə demək istəyir. Bəlkə beyni kütləşib, xərifləyir?

Bəlkə bu sözlərin hikmətini yalnız Kərimov özü bilir.

Dövlət mediası çıxışı sanki heç nə olmayıbmış kimi çap edib.

Prezidentin bir neçə il əvvəlki şəkillərinin müşayiəti ilə.

Kim bilir, əgər Kərimov hansısa fikrinin "ixtisara salındığını" görsə nə edə bilər.

Özbəkistan prezidenti ölkədə stalinsayağı rejim yaradıb. İnsanlar onun xoşuna gəlməyəcək ən xırda işlərdən belə uzaq durmağa çalışırlar.

Amma yəqin qoca diktatorun xərifləməyə başladığını deməkdən qorxunc və riskli hərəkət çətin tapılar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG