Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:35

Türkiyə baş nazirinin erməni müşaviri vəzifəsindən gedib


Etyen Mahcupyan
Etyen Mahcupyan

Etyen Mahcupyan Reuters agentliyinə bilirib ki, o hələ mart ayında 65 yaşı tamam olarkən təqaüdə çıxıb.

Türkiyə baş naziri Ahmet Davutoğlu-nun milliyyətcə erməni müşaviri Osmanlı İmperiyasında erməni qətllərinin 100-cü ildönümü ərəfəsində vəzifəsini tərk edib.

Türkiyənin erməni icmasından ölkə hökumətində ilk baş müşavir vəzifəsini tutan Etyen Mahcupyan Reuters agentliyinə bilirib ki, o hələ mart ayında 65 yaşı tamam olarkən təqaüdə çıxıb, lakin qeyri-rəsmi olaraq cənab Davutoğlu-na müşavirliyini davam etdirirmiş.

Əgər Bosniya soyqırımdırsa…

Mahcupyan deyib ki, onun bu yaxınlarda Osmanlı zəmanəsində ermənilərin qətlləri ilə bağlı verdiyi şərhin tutduğu vəzifəyə heç bir dəxli olmayıb.

O deyib kİ, Türkiyədə 65 yaşında pensiyaya çıxmaq hər bir vətəndaş üçün icbaridir.

Cənab Davutoğlu-nun ofisində baş müşavirin xidmətinin başa çatdığı təsdiq olunub.

Mahcupyan bu həftənin əvvəllərində verdiyi bəyanatla hakim Ədalət və İnkişaf Partiyasının sıralarına çaxnaşma salmışdı.

O demişdi: “Əgər Bosniya və Afrikada baş verənləri soyqırım sayırıqsa, onda 1915-ci ildə ermənilərin başına gələni soyqırım saymamaq mümkün deyil”.

Nə müşavir mövqeyidir, nə də vətəndaş

Türkiyənin Avropa məsələləri naziri Volkan Bozkır demişdi ki, Mahcupyan-ın bir əsr əvvəl Osmanlı imperiyasında baş verənlərə baxışı onun baş nazirin müşaviri kimi vəzifəsi ilə bir araya sığmır.

Bozkır demişdi ki, o bu bəyanatı Mahcupyan-ın şəxsi mövqeyi hesab edir, lakin bu halda da bu, Türkiyə vətəndaşının mövqeyi sayıla bilməz.

O həmçinin ümid etdiyini bildirmişdi ki, Mahcupyan “öz qiymətləndirməsinə yenidən baxacaq”.

Ötən oktyabr ayında tanınmış yazıçı Etyen Mahcupyan-ın baş nazirin baş müşaviri təyin edilməsi hökumətin milli azlıqlara ehtiramı kimi alqışlanmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG