Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:23

-

Nobel mükafatlı Kolumbiya yazıçısı, "Yüz ilin tənhalığı", "Patriarxın payızı" kimi şedevrlərin müəllifi Gabriel Garcia Marquez Bakıda anıldı.

Tədbir Müasir İncəsənət Muzeyində Kolumbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutub.

Anım tədbirində Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Assad Jose Gater, tanınmış Kolumbiya yazıçısı Oktavio Escobar da iştirak ediblər. Escobar Marquez-ə Kolumbiya cəmiyyətində münasibətdən və yaradıcılığının qaynaqlandığı Kolumbiya mühitindən danışıb.

Tədbirdə Marquez-in yaxın dostlarından biri olmuş fotoqraf Nereo Lopezin onun həyatının müxtəlif illərində çəkdiyi əsasən ağ-qara fotolar sərgilənir. Ziyarətçilər burada Marquez-in dünyanın bir çox ölkəsində çap olunmuş onlarca kitabıyla, bəzi şəxsi əşyalarıyla və həyatı haqda çəkilmiş filmlə tanış ola bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG