Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:46

Ukrayna hökuməti oliqarxların əlini dövlət büdcəsindən üzməyə çalışır


Arxiv fotosu.
Arxiv fotosu.



Bir yüksək vəzifəli məmur iş adamı ilə birlikdə şirkət yaradıb ortağının biznesləri ilə bağlı sərfedici qərarlar qəbul edirsə, bu, maraqların toqquşması sayılırmı? Ukraynada bu sualın cavabı ona məhz kimin cavab verməsindən aslıdır.

NAZİR MÜAVİNİ İLƏ OLİQARXLARIN ORTAQ BİZNESİ
Bu yaxınlarda Ukraynanın energetika nazirinin müavini İgor Didenko ilə milyader İgor Kolomoyskiy Gennadi Bogolyubovun ortaq biznesləri üzə çıxıb.

Amma İgor Dİdenko düşünür ki, burada hər hansı maraq toqquşması yoxdur. Çünki birgə şirkətləri onun sahəsinə aid deyil.

Halbuki Kolomoyskiy və Bogolyubov-un şirkətləri enerji sektorundadır, yəni, energetika nazirinin müavini İgor Didenkonun nəzarət etdiyi enerji sahəsində.

"Naziri müavini kimi mən Ukraynanın anti-korrupsiya qanunvericiliyinin tələblərinə əməl edirəm" - deyə Didenko AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib.

HÖKUMƏTİN ANTİ-OLİQARX KAMPANİYASI...
Ukrayna rəsmiləri ilə oliqarxlar, eləcə də siyasətçilər arasındakı maraqlar toqquşması gizlinini açmaq hökumətin vacib hədəflərindədir.

Hökumət uzun illərdir Ukrayna iqtisadiyyatında hökmranlıq edən oliqarxlarla mübarizəyə başlayıb. Didenko, Kolomoyskiy və Bogolyubov arasındakı əlaqə köhnə sistemin necə davamlı və möhkəm olmasını göstərir.

Davamlı və möhkəm görünən sistemi qırmaq mümkün olacaqmı? Hələki, Ukrayna hökuməti hökmranlığa son verməkdə iddialı görünür.

Prezident Petro Poroshenko ictimaiyyətə ünvanlanan müraciətində hökumətin əsas hədəflərindən danışarkən deyib:

"Hökumətin əsas məqsədi iqtisadiyyatı oliqarxlardan qurtarmaqdır. Biz çalışırıq ki, ölkədə asayişi təmin edək, amma oliqarxlar xaos yaradır".

Poroshenko yuxarıdakı fikirləri bu yaxınlarda milyader İgor Kolomoyskiy-in Dnepropetrovsk vilayətinin qubernatorluğundan istefasından az sonra etmişdi.

OLİQARXLARLA MÜBARİZƏYƏ NƏ ƏNGƏL OLUR?
Ukrayna hökuməti anti-oliqarx kampaniyasına başlayandan sonra Kolomoyskiy-in payçısı olduğu 2 dövlət neft şirkətinin idarəsindən onu uzaqlaşdırdı, yaxınları sıxışdırıldı. Amma güclü, oturuşmuş sistem və onun qarşısında zəif, xeyli boşluqları olan, eləcə də xoatik qanunvericilik mühiti kampaniyanı gerçəkləşdirməyi çətinləşdirir. Didenko, Kolomoyskiy və Bogolyubov buna bir nümunə sayıla bilər.

Ukraynanın kommersiya şirkətləri haqda milli məlumatlar bazasında göstərilib ki, nazir müavini Didenko 2008-ci ildən bəri enerji-sənaye sahəsi üzrə çalışan "Proton 21" şirkətində payçı olub. Onun payı təxminən 650 min dollar civarındadır. Həmin şirkətdə onun ortaqları Kolomoyskiy və Bogolyubovdur. Onlar Didenkodan azı 3 dəfə daha çox paya sahibdirlər.

"Forbes" jurnalı Kolomoyskiy və Bogolyubovun hər birinin hardasa 1,3 milyard payı olduğunu yazır. Amma Ukrayna mediası yazır ki, onların payı daha çoxdur.

Kiyevin kənarında yerləşən "Proton-21" şirkətinin ofisi ziyarətçilərin üzünə bağlıdır. Şirkətdən suallarımıza cavab ala bilmədik.

DİDENKO ORTAQLARINA ƏLAVƏ İMKANLAR YARADIB?
Kiyevdəki Anti-Korrupsiya Mərkəzinin vəkili Olena Shcherban deyir ki, Didenkonun bu şirkətdə payçılığı qanunsuzdur.

Amma nazir müavini Didenko ittihamları rədd edir. Bildirir ki, "Proton-21" şirkətinin enerji nazirliyi ilə nə bir müqaviləsi olub, nə də hər hansı işbirliyi. Belə olan halda bu maraqların toqquşması sayıla bilməz.

AzadlıqRadiosunun Ukrayna xidməti Nazirliyin bəzi sənədlərini əldə edib. Həmin sənədlər Didenkonun öz biznes ortaqlarının xeyrinə gördüyü işlər və verdiyi qərarlarla bağlıdır.

Həmin sənədlərdən görünür ki, nazir müavini Didenko hələ 2009-cu ildə Ukrayna neft və qaz maqnatı "Naftogaz"da işləyən zaman "Ukrtatnafta"un idarəsini öz ortaqlarına verib. "Ukrtatnafta" ölkənin strateji neft emalı zavadona sahib olan ən böyük şirkətlərdəndir.

VERİLƏN ÜSTÜNLÜKLƏRDƏN SONRA
İgor Didenko bildirir ki, Naftogaz maliyyə çatışmazlığı olan bir dövlət şirkətidir, özü qazanc götürə bilmir.

AzadlıqRadiosunun Ukrayna xidmətinin əldə etdiyi qərar Didenko-nun “Ukrfanfta”nın idarəsininin 43 faizlik payla "Privat Group"a verilməsi ilə əlaqədardır. Hərçənd, Ukrayna qanunlarına görə, bir şirkətin idarəsi ən böyük payçıya verilir. "Ukrtatnafta"nın səhmlərinin böyük hissəsi isə dövlətindir.

Bu qərarın nəticəsində "Privat Group" əsas payçı olmadığı halda şirkəti idarə edib və öz xeyrinə qərarlar qəbul edib. Digər səhmdarlara diventlərin ödənilməsindən imtina edərək özünə daha çox gəlir götürüb.

KEÇƏN AY PARLAMENT BU QANUNU DƏYİŞDİ...
Keçən ay Ukrayna parlamenti “Privat Group”un payçısı olduğu dövlət şirkətləri üzərində idarəetmədən çıxarılması ilə bağlı yeni qanun qəbul edib. Kolomoyskiy bu qərarı “özəl şirkətlərə qarşı basqın” adlandırıb. Silahlı şəxslərin müşayiəti ilə “Ukrnafta” və “Ukrtransnafta”nın ofisinə daxil olmağa cəhd edib.

Bu hadisədən bir neçə gün sonra - martın 25-də Kolomoyskiy Dnepropetrovsk vilayətinin qubernatorluğundan istefa verdi. Amma hələ də dövlət müəssisələrində öz aktivlərini saxlayır.

Ukrayna Parlamentinin enreji komissiyasının üzvü Viktoria Voytsytska deyir ki, Kolomoyskiy və onun menecerləri dövlət müəssisələrindəki paylarını qorumaq üçün "qanundan istifadə etdilər".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG