Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:26

Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərində təlimlər keçirir


Foto arxiv

Foto arxiv

.

Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərində irimiqyaslı hərbi təlimlər keçirir.

Bu barədə Ermənistanın “news.am” və digər informasiya agentlikləri xəbər yayıb.

Təlimləri aprelin 16-da Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da izləyib.

Təlimlərin nə qədər davam edəcəyi və ora cəlb edilən hərbi qüvvələrlə bağlı hələlik ətralı məlumat yoxdur.

1990-cı illərin əvəllərində gedən hərbi toqquşmalar zamanı erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonu işğal edib. Tərəflər 1994-cü ildə atəşkəsə razılaşsalar da hələlik yekun sülh razılaşması əldə etmək mümkün olmayıb.

Azərbaycanla Ermənistan tez-tez bir-birini atəşkəsi pozmaqda ittiham edirlər. Son vaxtlar atəşkəsin pozulması hər iki tərəfdən itkilərə səbəb olub.

Bakıda rəsmilər qeyd edirlər ki, Azərbaycan ərazilərinin işğalı ilə heç vaxt razılaşmayacaqlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG