Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

İraqda Ramadi şəhərinin müdafiəsinə 3 minədək şiə döyüşçü qoşulub


Foto arxiv

Foto arxiv

İraqda 3 minədək şiə döyüşçü Ramadi şəhərini İslam Dövləti yaraqlılarından qorumaq üçün şəhərə gəliblər.

Anbar əyalət şurasının rəis müavini Falih Essawi bundan əvvəl xəbərdarlıq edib ki, Ramadi bir neçə saata işğal oluna bilər.

Şiə döyüşçülər xeyli vaxtdır ki, İraqın hökumət qoşunları ilə birlikdə İslam Dövləti yaraqlılarına qarşı mübarizə aparırlar.

İraq rtəsmilərinin aprelin 16-da verdikləri məlumata görə, Ramadini 2 mindən çox ailə tərk edib.

İslam Dövləti yaraqlıları aprelin 15-dən Ramadi istiqamətində əks-hücuma keçərək azı 3 kəndi ələ keçiriblər və hazırda şəhərin bir neçə kilometrliyindədirlər.

Hazırda İraq və Suriyanın bir sıra əraziləri İslam Dövləti yaraqlılarının nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG