Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

XİN: Avropa Parlamentinin qətnaməsi ikili standartların bariz nümunəsidir


Hikmət Hacıyev

Hikmət Hacıyev

-

«Avropa Parlamentində qondarma «erməni soyqırımı» ilə bağlı aprelin 15-də qəbul edilmiş qətnamə əsassız, qərəzli və qeyri-ciddi olaraq, ikili standartların bariz nümunəsidir».

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Avropa Parlamentinin qətnaməsini şərh edərkən belə deyib.

Hikmət Hacıyev bildirir ki, Avropa ParlamentindəErmənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən təşviq edilən bu qətnamə və ümumiyyətlə, «erməni soyqırımı» ifadəsinin işlədilməsi tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün təfsir olunması cəhdləridir.

«İnsan hüquqlarının «müdafiəçisi» roluna iddia edən dairələr Avropa Parlamentində erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törədikləri qanlı qırğınlara, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləməyə, Xocalı faciəsinə münasibət bildirməyə özlərində hələ də cəsarət tapa bilməmişlər».

XİN rəsmisi bildirib ki, Avropa Parlamentinin bu qətnaməsi Ermənistanın əsassız iddialarına dəstək verərək regionda gərginliyin daha da artmasına rəvac verir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG