Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:36

Ekspert regionlarda hələ də sürətli internetin olmadığını deyir


Osman Gündüz
Osman Gündüz

-

«Bu, Nikolaydan qalma qaydalar idi ki, ləğv olunurdu».

Bunu «Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz AzadlıqRabiosuna deyib.

O,Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları»nın ləğvini şərh edir. O.Gündüzün dediyinə görə, bu qaydalarda hər hansı nəzarət nəzərdə tutulmayıb:

«Provayder və istifadəçi arasında münasibətləri tənzimləyən bir qayda idi, təxminən 10-15 il əvvəl qəbul olunmuşdu, ancaq heç vaxt tətbiq edilməmişdi. Əhəmiyyətli bir qayda da deyildi».

Osman Gündüz ona diqqət çəkir ki, ölkənin regionlarında hələ də internet əlçatımlılığında problemlər mövcuddur. O deyir ki, əslində genişzolaqlı internetin inkişafına ehtiyac var: «Ancaq təəssüf ki, büdcədə maliyyələşdirmədə çətinliklər olduğu üçün bu layihəni dayandırdılar. Bu məsələni çox uzatdılar, neçə il idi ki, bu layihə var idi. Vaxtında etmək lazım idi».

«…HANSI MƏNBƏLƏR HESABINA İNFORMASİYA TEXNOLOGİYALARI İNFRASTRUKTURU YARADILSIN»

Müsahibimiz bildirir ki, regionlarda, xüsusilə kəndlərdə internetə qoşulmalar zəifdir, ancaq genişzolaqlı internetin inkişafı kəndləri dünyaya qovuşdura bilərdi:

«Bu problemi aradan qaldırmaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, «Aztelekom» İstehsalat Birliyi, digər qurumlar buna diqqət ayırmalıdırlar ki, hansı mənbələr hesabına informasiya texnologiyaları infrastrukturu yaradılsın. Bu, asan məsələ deyil».

Osman Gündüz deyir ki, kommersiya baxımından da cəlbedici olmadığı üçün yenə də yük dövlətin çiyninə düşür.

Ekspert xatırladır ki, Azərbaycan «elektron hökumət» layihəsini işə salıb, dövlət qurumları bir çox elektron xidmət göstərir, ancaq kənd və qəsəbələrdə yaşayanlar sürətli internetin yoxluğu üzündən elektron xidmətlərdən istifadə üçün rayon mərkəzlərinə gəlməli olurlar.

XS
SM
MD
LG