Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:09

Prezident İlham Əliyev Bakıya gətirilən yeni metro qatarlarına baxıb


Foto arxiv

Foto arxiv

Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropolitenində olub.

APA-nın məlumatına görə, dövlət başçısı Bakı Metropoliteninin elektrik deposunda paytaxta gətirilən yeni qatarlara baxıb.

Fransanın “Alstom” şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət 3 qatar alınması nəzərdə tutulub. Artıq qatarlardan ikisi Bakıdadır.

Yeni nəsil vaqonların banı paslanmayan metaldandır və bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası keçid var.

Bütün vaqonlarda müasir havalandırma sistemi quraşdırılıb.

Vaqonların salonunda qaçan sətir sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG