Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:07

Yaponiya qırıcıları xarici təyyarələri tutmaq üçün 943 dəfə havaya qalxıb


MIG 29

MIG 29

Yaponiyanın qırıcı təyyarələri son il ərzində ölkənin hava məkanına yaxınlaşan xarici təyyarələri tutmaq üçün 943 dəfə havaya qalxıb.

Bunlar əsasən Rusiya və Çin təyyarələri olub.

Bu barədə çərşənbə günü Yaponiyanın müdafiə nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu 2013-cü illə müqaisədə 16 faiz çoxdur.

Məlumatda qeyd edilir ki, bu keçmiş Sovet aviasiyasının regionda fəal olduğu zaman-1984-cü ildən bu yana ən yüksək göstəricidir.

Həmin vaxt Yaponiyanın hərbi-hava qüvvələri 944 belə uçuş edib.

Amma məlumatda qeyd edilir ki, ötən il ölkənin hava məkanı bir dəfə də olsun pozulmayıb.

Xatırladaq ki, Rusiya, Çin və Yaponiya arasında ərazi mübahisələri var.

Yaponiya İkinci dünya müharibəsinin sonunda Sovet ordusu tərəfindən işğal edilmiş bir neçə Cənubi Kuril adasının qaytarılmasını təkid edir.

Həmçinin Yaponiya ilə Çin Şərqi Çin dənizindəki Sinkaku adası üstündə mübahisə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG