Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

Narkotiklərlə bağlı 500 nəfər cinayət məsuliyyətinə cəlb edilib


Arxiv fotosu

Arxiv fotosu

-

Hüquq-mühafizə orqanları bu ilin yanvar-mart aylarında narkotiklərlə bağlı 942 fakt aşkar edib. 351 kq 519,551 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

Onun 280 kq 638,932 qr marixuana (80%), 49 kq 343,755 qr tiryək (14%), 13 kq 801,91 qr heroin (4%), 7 kq 608,613 qr həşiş (2%), 126,237 qr digərləri, 90,149 qr psixotrop maddələrdir.

“Xaş-Xaş 2015” şərti adı altında əkilib becərilən və yabanı halda bitmiş 250 kq 242,700 qr narkotik tərkibli bitkilər məhv edilib.

Məlumatı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu yayıb.

Narkotiklərlə bağlı 500 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 2-i 18 yaşadək, 122-i 30 yaşadək, 352-i 30 yaşdan yuxarı, 6-ı fəhlə, 1-i qulluqçu, 1-i nəqliyyat işçisi, 427-si işləməyənlər, 2-i qadınlar, 498-i kişilər, 21 nəfəri isə xarici ölkə vətəndaşları olub. Əcnəbilərdən 10-u Gürcüstan, 6-ı İran, 3-ü Türkiyə və 2-i Ukrayna vətəndaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG