Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:57

İlham Əliyev: «Azərbaycanda sistemli və harmonik din siyasəti həyata keçirilir»


İlham Əliyev

İlham Əliyev

-

«Bu gün sürətlə qloballaşan dünyada etnik-dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya kimi zərərli təzahürlər, dinin şübhəli siyasi ambisiyalara alət edilməsi cəhdləri, təəssüf ki, acı gerçəklikdir. Buna görə də cəmiyyətdə dinin işıqlı yeri və maarifçilik rolu, beynəlxalq münasibətlər sistemində dinin birləşdirici missiyası, bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalar və dinlərarası dialoq zərurəti getdikcə xüsusi aktuallıq kəsb edir».

Bunu Prezident İlham Əliyev Bakıda «İslam maarifçiliyi və müasir dövr» mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

Konfrans aprelin 16-da Bakıda açılıb.

İlham Əliyev məktubunda bildirir ki, tarixən müxtəlif dinlərin dinc və azad şəklidə yaşayıb formalaşdığı Azərbaycanda bu gün sistemli və harmonik din siyasəti həyata keçirilir:

«Belə harmoniyaya nail olmağımız Azərbaycanın beynəlxalq nüfuzunu artırır və sizin mötəbər konfransınızın məhz Bakıda keçirilməsi bunu bir daha sübut edir. Əminəm ki, bugünkü beynəlxalq toplantınızda din və cəmiyyət mövzusunda bir sıra qlobal problemlər və Azərbaycanın dövlət-din münasibətləri sahəsində nümunəvi təcrübəsi ilə bağlı ciddi müzakirələr aparılacaq, gəldiyiniz nəticələr dinlərarası əməkdaşlığın inkişafına, mütərəqqi dini maarifçiliyə, etnik-dini dözümlülük, həmrəylik və sülh işinə öz layiqli töhfəsini verəcək».

Konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG