Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Azərbaycanda boşanmaların sayının artdığı bildirilir


Din xadimləri tərəfindən bağlanan kəbin hüquqi nəticə doğurmur

Din xadimləri tərəfindən bağlanan kəbin hüquqi nəticə doğurmur

Azərbaycanda son bir neçə ildə boşanma hallarının sayı kəskin şəkildə artıb. Bunun əsas səbəbi isə yetkinlik yaşına çatmayan qızların ərə verilməsi və bu cür halların əksər hallarda boşanmayla nəticələnməsidir. Bu cür faktiki nikahların rəsmi qeydiyyata alınmaması isə daha çox uşağın uşaq evlərinə verilməsiylə nəticələnir.

Qadınlara qarşı zorakılıq və erkən nikah hallarıyla bağlı Ağdam, Füzuli və Gəncədə keçirilən ictimai dinləmələrdən belə bir qənaətə gəlinib. Dinləmələri aparmış Məcburi Köçkün Qadınların Milli Şəbəkəsindən Bəsurə Məmmədli deyir ki, iştirakçılar xüsusilə qanunlarda olan boşluqları vurğulayıblar:


«Məsələn, əgər hər hansı bir din xadimi kəbin vasitəsilə erkən nikah aktını həyata keçirirsə, bunun üçün məsuliyyət halı nəzərdə tutulmayıb. Və yaxud erkən yaşda ərə verilən qızların adları orta məktəbə davamiyyət jurnallarında qalır və sairə»
«Məsələn, əgər hər hansı bir din xadimi kəbin vasitəsilə erkən nikah aktını həyata keçirirsə, bunun üçün məsuliyyət halı nəzərdə tutulmayıb. Və yaxud erkən yaşda ərə verilən qızların adları orta məktəbə davamiyyət jurnallarında qalır və sairə».

UNİFEM-in layihə koordinatoru Gülşən Paşayeva da bu fikirdədir ki, zorakılıqla bağlı xüsusi qanunvericiliyin hazırlanması bu problemlə mübarizəni xeyli asanlaşdırardı. Erkən nikahlarla bağlı xüsusi normativ aktların vacibliyi barədə fikirlər cəmiyyətdə bir müddətdir ki, səslənir. Ancaq Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasından Musa Quliyev bu fikirlərlə razı deyil. Onun sözlərinə görə, parlament bu yaxınlarda «Gender bərabərliyi haqqında» qanunu qəbul edib, Ailə Məcəlləsində nikah yaşı göstərilib, bu qanunları pozanlar üçünsə konkret məsuliyyət növləri nəzərdə tutulub: «Qanunvericilik baxımından xüsusi bir normativ akta ehtiyac yoxdur. Amma ola bilsin ki, Nazirlər Kabineti səviyyəsində bu qanunların icrası üçün ayrı-ayrı normativ aktlara, əsasnamələrə dəyişiklik edilsin».


Cənab Quliyev deyir ki, hər hansı qeyri-hökumət təşkilatı müvafiq qanunvericilikdə boşluqlar görüb, komissiyaya müraciət edərsə, onlar həmin qanunlara baxa bilərlər.


Azərbaycan qanunvericiliyinə görə, din xadimləri tərəfindən bağlanan kəbin heç bir hüquqi nəticə doğurmur. Yalnız müvafiq dövlət orqanında - Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Orqanında bağlanan nikah hüquqi qüvvəyə malik olur və tərəflərdə hüquq və vəzifələr yaradır.


Günün bütün mövzuları

XS
SM
MD
LG