Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:58

«Layiqli Əmək» nədir?


Sahibkarlar Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov
Sahibkarlar Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov
Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini 1995-ci ildə bitirən Kərim Əliyev Beyləqan rayonunda öz ixtisasına uyğun, normal, ailəsini dolandıra biləcək iş tapmadığından bir neçə ildir ki, Bakıda fəhləliklə məşğuldur. O, bir neçə dövlət müəssisəsinə müraciət etsə də normal maaşı olan iş tapmayıb. «İxtisasıma uyğun işləsəm, ayda ailəmi dolandıracaq səviyyədə məvacib alsam buna deyirəm layiqli iş». Normal iş üçün Beyləqandan Bakıya gələn Kərim Əliyevin özünəuyğun tərif verdiyi layiqli əmək, layiqli iş məsələsi üzərində hökumət də çalışır.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə Milli Sahibkarlar Konfederasiyaları İttifaqı Beynəlxalq Əmək Təşkilatının konsepsiyası əsasında hazırladıqları «Layiqli Əmək» Dövlət Proqramı layihəsini artıq Nazirlər Kabinetinə təqdim ediblər. Sahibkarlar Konfederasiyasının rəhbəri Ələkbər Məmmədovun sözlərinə görə, bu proqram 2006-2009-cu illəri əhatə edəcək:


Milli Sahibkarlar Konfederasiyasının bu yaxınlarda apardığı araşdırmadan məlum oldu ki, ali təhsil almış və işlə təmin olunan gənclərin 85 faizi öz ixtisası üzrə çalışmır
«Bu proqramda göstərilir ki, «layiqli əmək»-istər kişi, istər qadınlar üçün azad, bərabərhüquqlu, təhlükəsizlik və insan ləyaqətinə hörmət edən tələblərə cavab verən layiqli və məhsuldar işlə təminat imkanlarının təkmilləşdirilməsi deməkdir».

Ələkbər Məmmədov deyir ki, proqramda əsas dörd istiqamət götürülüb: Gənclərin məşğulluğunun artırılmasına dair siyasətin təkmilləşdirilməsi, yeni iş yerlərin təmin edilməsi, sosial dialoqun gücləndirilməsi və sonuncu beynəlxalq əmək standartlarının yerinə yetirilməsinə yardım. Cənab Məmmədovun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatının konvensiyasına uyğun olaraq inkişaf etməkdə olan ölkələrdə əvvəlcə iş yerlərilə bağlı kəmiyyətə, amma bir müddət keçəndən sonra həmin iş yerlərinin keyfiyyətinə, «layiqli əmək» standartlarına nə qədər uyğun gəlməsinə diqqət yetirilir: «Bu yaxınlarda bir araşdırma apardıq məlum oldu ki, ali təhsil almış və işlə təmin olunan gənclərin 85 faizi öz ixtisası üzrə çalışmır».


Ələkbər Məmmədova görə, bu proqramın qəbulundan sonra indiyə qədər ancaq öz marağını fikirləşən iş adamlarından daha çox işçilərin qayğısına qalmaq tələb olunacaq: «Artıq iş adamları dəyişiblər, onlara başa salmaq lazımdır ki, insanlar layiqli işlə təmin olunduqda onlar daha çox mənfəət əldə edəcəklər».


Belə bir Dövlət Proqramının hazırlanmasına müsbət yanaşan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov hesab edir ki, həmin qanun kağız üzərində qalmasa yaxşı nəticələr əldə etmək olar. Sahib Məmmədova görə, Azərbaycanda insanların layiqli işlə, layiqli əməklə məşğul olması üçün ən mühüm amillərdən biri inhisarçılığın aradan qaldırılması və sahibkarlığın inkişafına normal şərait yaradılmasıdır.


Sahib Məmmədov həm də hesab edir ki, nə qədər ki, Azərbaycanda xırda və orta sahibkarlıq inkişaf etməyib bir o qədər də bu insanların normal işlə təminat məsələsi istənilən nəticəni verməyəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG