Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:32

-

Üst səviyyə modellər üçün Windows 10-u gözləyən «Microsoft» bir müddətdir giriş və orta səviyyəli smartfon modellərini təqdim edir.

Şirkət indi də cüt sim kartlı «Lumia 540» modelini təqdim edib.

Smartfon 5-düymlük 720p HD IPS LCD ekranı ilə orta səviyyə telefonlardakı ekran keyfiyyətinə sahibdir.

«Lumia 540»ın 8 Mp arxa və 5 Mp ön kamerası var, daha çox selfie həvəskarlarına yönəlib.

Model Micro SD ilə 128 GB-a qədər artırıla bilən 8 GB yaddaşa, 1GB RAM-a sahibdir. Dizayn baxımdan «Lumia 535»ə bənzərdir.

Smartfon Windows 8.1 əməliyyat sistemi ilə çalışacaq. Ancaq Windows 10 istifadəyə verildikdə onunla əvəz oluna bilər.

Cihazmayın əvvəlində 149 dollardan başlayan qiymətlə, dörd rəngdə (narıncı, qara, ağ, firuzəyi) satışa çıxarılacaq.

XS
SM
MD
LG