Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:55

-

«Azadlıq» qəzeti yazır ki, Hesablama Palatasının hesabatında Azərbaycan Dövlət Neft Akademiyasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasının auditi aparılıb.

«Müəyyən edilib ki, ödənişli əsaslarla təhsil alan əcnəbi tələbələrdən təhsilhaqqı nağd qaydada yığılaraq banka təhvil verilib. Tədris ilinin əvvəlində akademik məzuniyyətə gedən və təhsil haqqının müəyyən hissəsini ödəyən magistrlər üzrə debitor borc hesablanmayıb və s. Bakı Slavyan Universitetində aparılan audit zamanı isə müəyyən edilib ki, valideynləri universitetin əməkdaşı olan 2 tələbə, məcburi köçkün statusu olmayan 4 tələbə əsassız olaraq təhsil haqqının ödənilməsindən azad edilib. Təhsilini bitirən və diplomları verilməyən 42 tələbə üzrə təhsilhaqqı borcu mövcud olub. Mingəçevir Politexnik İnstitutunda müəyyən edilib ki, bəzi xərc maddələri üzrə nəzərdə tutulan vəsaitdən istifadə edilməyib. Borcu olmayan 1 tələbə üzrə təhsilhaqqı borcu hesablanıb, bir neçə tələbənin təhsilhaqqı üzrə borcu kreditor borc siyahısına salınmayıb. Akademik borcu olan bəzi tələbələr onun ödənilməsindən əsas olmadan azad edilib».

AZƏRBAYCANA QARŞI «QARA PİAR» KAMPANİYASININ ARXASINDA ANTİ-AZƏRBAYCAN VƏ İSLAMOFOB DAİRƏLƏR DAYANIR

John Kerry

John Kerry

«Yeni Azərbaycan» qəzeti yazır ki, amerikalı ekspertlər, siyasətçilər və Birləşmiş Ştatlarda yaşayan bəzi azərbaycanlıların ABŞ dövlət katibi John Kerry-yə açıq məktubunda «ölkəmizə qarşı böhtan - ittiham xarakterli, subyektiv mülahizələrə söykənən məqamların yer alması təsadüfi deyil. Məktubda adı keçən şəxslərin kimliyi və fəaliyyətinə nəzər yetirdikdə də bu kampaniyanın mahiyyəti ortaya çıxır».

Qəzet yazır ki, «Azərbaycan demokratik, hüquqi dövlət olaraq insan hüquq və azadlıqlarının təminatını ali prinsip kimi qəbul edir. Azərbaycan demokratik dövlət olaraq seçki sisteminin də beynəlxalq standartlara uyğun olaraq formalaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Azərbaycanda fikir və söz azadlığı etibarlı şəkildə və yüksək səviyyədə təmin olunub, vətəndaş cəmiyyətini inkişaf üçün əlverişli şərait yaradılıb».

SİYASİ FƏALLARA AĞIR CƏZALAR VERİLMƏSİNİN SƏBƏBLƏRİ

«Yeni Müsavat» qəzeti yazır ki, 2003-cü ildə siyasi fəallara daha az cəza verilirdi, maksimum 5 il. Bəs, indiyə niyə cəzaların müddəti artıb?

Yanan bina

Yanan bina

Vəkil Fariz Namazlı qəzetə bildirib ki, kiçik tənqid belə ciddi cəzalarla nəticələnir. Bu da hakimiyyətin tənqidçilərinin gözünün qorxudulması üçündür: «Məqsəd ictimai sektorun, fəalların gözünü qorxutmaqdır».

«BİNALARA VURULAN ÜZLÜKLƏR ZİBİLDƏN HAZIRLANIR»

«Bizim Yol» qəzeti yazır ki, Zığ yolundakı 9-mərtəbəli bina yanandan sonra poliuretan üzlüklə üzlənmiş digər binaların sakinləri də qorxuya düşüb.

İnşaat materialları üzrə texniki elmlər namizədi Rafiq Salahov qəzetə bildirib ki, «yanan binanın üzlükləri polimerlər əsasında hazırlanıb. Bu, üzlük polimerlə gipsin qarışığından hazırlanır. Düzdür, şəhərə xüsusi gözəllik verir, amma yanmağa meyllidir».

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov isə «Bizim Yol»a deyib ki, Bakıda binalara vurulan üzlüklər inşaat materialı deyil, bu üzlüklər inşaat konstruksiyasıdır: «Tələblərə görə, yaşayış binası üçün nəzərdə tutulmuş üzlüklər tullantılardan hazırlanmamalıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG